Müğənni Rəqsanə İsmayılova xanım həmkarlarından birinə ünvanlandığı “Toydan çıxanda yolunuzu azmayın” sözlərinə ilk dəfə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb.
Rəqsanə adını açıqlamaq istəmədiyi həmin müğənnini sözləri ilə biabır edib:
“Mən deməmişəm ki, otelə gedin. Otel və ya ev fərq etmir, yəni toydan çıxanda yolunuzu azmayın. Birbaşa evinizə gedin. Bəzi xanım müğənnilər mənə sual verdilər ki, o sözlərini mənə aid edirsən? Cavab verdim ki, heç dəxli var... Sən axı özündən niyə şübhələnirsən ki... Ailə müqəddəs məhfumdur. Əgər bizim yanımızda sözün əsl mənasında bir kişi varsa, düşünürəm ki, ikinci kişiyə ehtiyac yoxdur.
İnsan ailəsinə hörmət etməlidir. Əgər səninlə ərinin arasında münasibət alınmırsa, nə məcburdur ki, onunda adını biabır edirsən, öz adını da. Boşan! Ondan sonra hara gedirsən get, özün bilərsən. İstəyir evə yox lap küçədə qalsın... Əsas odur ki, sənin yanında həyat yoldaşın var. Abırın-həyan olsun...
Nə məcburdur ərin ola-ola həmin səhvi edəsən. Olmaz axı... Amma bu səhv deyil, onun elədiyi bu hərəkətin adı biabırçılıqdır. Hamı arzu edir ki, onun ailəsi, övladı olsun. Həmin qadın müğənni sonra açıqlama verir ki, mən ərimi sevə bilmirdim... Bəs əgər ərinin sevə bilmirdinsə ona niyə ərə gedirdin? Səni məcbur ərə vermişdilər? Niyə ərini bu hərəkətinlə gözdən salırsan? Bilərək ki, o qadın müğənninin ailəsi, əri var hələ gəlib onun evində oturub çörək də yeyirlər, onunla məclisdə deyib, gülüb, oynayırlar.
Başqa hərəkətlər də edirlər. Onları da mən kişi gözündə görmürəm. Çünki bilmək olmur ki, insanın bir dəqiqədən sonra başına nə gələcək. Həyatın işini bilmək olmur. Sabah sənin başına elə bir iş gələ bilər ki, ailən, övladların var... Onlara sən nə cavab verəcəksən? Mən belə şeyləri qəbul etmirəm.
Onları da heç zaman bağışlamaram. Özləri də bilirlər ki, o sözləri kimə demişəm. Sadəcə həmin qadın müğənninin ərinə hörmət edib, adını açıqlamadım. Yoxsa mənim heç nədən qorxacaq yerim yoxdur.
Adını da açıqlayaram, sözümü də deyərdim. Heç kim deyə bilməz ki, Rəqsanə ailə qurmamışdan əvvəl və sonra toydan çıxıb harasa başqa yerə gedib. Gedirsən işinə, qayıdırsan evinə.
Nə səhvin, qələtin varsa onu açıb-ağartmaq olmaz. Ayıbdır! Heç olmasa etdiyini elə et ki, heç kimin xəbəri olmasın. Kişi səhv edə bilər, amma qadın yox. Ataların bir məsələsi var:
“Namusu itə atıblar, it üzünü çevirib, gedib. Namusa yaxın durmayıb”. Bu gün əgər mən bir məclisə girib 10-15 min pulla çıxıramsa, mənə yaraşmaz kişi oğurlayıb, çıxım. Ayıbdır!”.
Rəşad Əliyev, Bizim.Media