Müğənni Eldəniz Məmmədovun oğlu Kamran xaricə köçüb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Eldəniz bildirib ki, övladı iki il müddətində Polşada təhsil alacaq:
“Səhər saatlarında oğlumu Polşaya yola saldıq. Kamranı ağır iki illik Avropa səfəri gözləyir. Getsin və təhsilini orada artırsın. O, Polşanın Poznan şəhərinə gedib. Anası onsuz çox darıxacaq”.
Qeyd edək ki, E.Məmmədovun oğlu Kamran 2018-ci ildə ADA universitetinin Beynəlxalq Münasibətlət fakultəsinə qəbul olmuşdu.
Rəşad Əliyev, Bizim.Media