Linda ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan pop ulduz Svetlana Qeyman Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, 46 yaşlı sənətçi Bakıda konsert proqramı ilə çıxış edib.
Anşlaq və ajiotajla keçən konsertin səhərisi Linda paytaxtın gəzməli-görməli yerlərinə yollanıb. Müğənni çəkilən görüntüləri isə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Bakı, səndən xoşum gəlir” - deyə Linda Azərbaycan dilində paylaşım edib. Rus ulduzunun bu paylaşımı isə azərbaycanlı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media