Dünya pop səhnəsinin ulduzu Rihanna səhnəyə möhtəşəm dönüşə hazırlaşır.
Bizim.Media “Mirror” nəşrinə istinadən xəbər verir ki, sənətçi artıq konsert təşkilatçısı “Live Nation” şirkəti ilə 32 milyon dollarlıq (təxminən 54 milyon manat) müqavilə imzalayıb və 2024 və 2025-ci illər üçün genişmiqyaslı qastrol səfərini planlaşdırır.
Bundan əlavə, o, artıq iki yeni albom üçün musiqi materialı toplayıb. Barbados gözəli “Live Nation” ilə müqavilə bağladıqdan sonra sakitcə geri qayıtmağı planlaşdırır.
Qeyd edək ki, ilin əvvəlində Rihanna “Super Bowl”un fasiləsində çıxış etmişdi. Daha sonra çoxları onun yeni albomu haqqında açıqlama verəcəyini gözləsə də, əvəzində müğənni ikinci hamiləliyini elan edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:57 / 23.10.2023
Rihanna dünya turnesinə çıxıb 32 milyon QAZANACAQ
Hazırda oxunan: Rihanna dünya turnesinə çıxıb 32 milyon QAZANACAQ
Hazırda oxunan: Rihanna dünya turnesinə çıxıb 32 milyon QAZANACAQ
161067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.