"Bilirsiniz ki, yenidən xala olacağam. Bacım Nigar (stilist Nigar İbrahimova - red.) təxminən 20 gündən sonra ikinci dəfə ana olacaq. Onun oğlu dünyaya gələcək. O bizim ailəmizin ən kiçik fərdi olacaq. Onu görmək üçün isə burda Bakıdayam. Onu özüm qarşılamaq istəyirəm. O günü arzu edirdim ki, bacım Nigarın yanında olum. İnşallah, Allah bizə bunu qismət eləsin".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova qonaq olduğu "Zaurla Günaydın" səhət şousunda deyib.
Sənətçi bildirib ki, dünyasını dəyişən qayınatası onun ilk dünyaya gətirəcəyi övladının oğlan olması üçün dostunun oğlan nəvəsinim fotolarını göstərərək, ona çox baxmasını istəyib:
"Çox maraqlıdır ki, anam üç qız övladını dünyaya gətirdi. Elə bizdə də, yəni məndə də və bacılarımda da ilk övladımız qız oldu. İkinci dünyaya gətirdiyimiz uşaqlar isə üçümüzdə də oğlan oldu. Kimə oxşadıq bilmirik. Qayınatamın yadından çıxmır... O oğlan nəvəsi gözləyirdi.
Çünki, onum bir dənə oğlu var. İzer soyadı davam etməlidir. İki dəfə ayrı-ayrı həkimin yanına getdik. İnanmadılar ki, qızım olacaq. Orada da belə bir məsələ ilə qarşılaşacağıma inanmırdım. Çünki orada qız və ya oğlan övladı fərqi yoxdur. Amma sən demə var imiş... Allah qayınatama rəhmət eləsin, sağikən söylədi ki, İradə sən neylədin...
Sanki günahkar mənəm ki, dünyaya qız gətirəcəyəm. Çünki dediyim kimi, hamı oğlan gözləyirdi. Hamilə olanda qayınatam bir yaxın dostunun gözləri yaşıl olan oğlan nəvəsinin fotosunu vermişdi ki, ona baxım. O qədər istəyirmiş ki, doğulacaq nəvəsi oğlan olsun (gülür). Qızımın gözləri yaşıl, oğlumun isə qəhvəyidir. Mənim gözlərimin rəngi isə aladır".
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib.
2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.
- A-
- A
- A+
Şoutaym
13:20 / 22.10.2023
İradə: "Qayınatam ilk doğulacaq övladımın qız yox, oğlan olmasını istəyirdi" - VİDEO
Hazırda oxunan: İradə: "Qayınatam ilk doğulacaq övladımın qız yox, oğlan olmasını istəyirdi" - VİDEO
Hazırda oxunan: İradə: "Qayınatam ilk doğulacaq övladımın qız yox, oğlan olmasını istəyirdi" - VİDEO
160978
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.