Ayan Babakişiyeva: "Rahatlıqla öz canımıza da, başqasına da qıya bilirik" – FOTO 

Hazırda oxunan: Ayan Babakişiyeva: "Rahatlıqla öz canımıza da, başqasına da qıya bilirik" – FOTO 

160741

Müğənni Ayan Babakişiyeva son günlər dünyada baş verən müharibələr, cəmiyyətimizdə törədilən qətl və öldürülməyə cəhd hadisələrinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, sənətçi Sumqayıtda qəsdən adam öldürməyə cəhd göstərmə cinayəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Babakişiyeva qətl hadisəsi ilə əlaqədar fikirlərini bu sözlərlə ifadə edib: 

"Bu nədir baş verir? Müharibələr, intiharlar, kim-kimin canına qıymaq istəyirsə, baxın, "qıymaq istəmək" deyirəm. Hansı dövran, hansı zaman gəldi? Rahatlıqla öz canımıza da, başqasına da qıya bilirik. Nə analıq qaldı, nə atalıq. Sanki insan yox, başqa məxluqlar doğulur, istehsal olunur. Heyvanlar belə öz balalarını, ailələrini qoruyur, ya insanlar?" - deyə Ayan vurğulayıb. 

Qeyd edək ki, sözügedən hadisə ötən gün Sumqayıtda baş verib. Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı 1984-cü il təvəllüdlü Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin