Pərvin sevgilisindən ayrılıb: “Daha yaxşısı olacaq” – VİDEO 

Hazırda oxunan: Pərvin sevgilisindən ayrılıb: “Daha yaxşısı olacaq” – VİDEO 

160686

“33 yaşım tamam oldu. Amma bu yaşı mənə heç kim vermir. Artıq həyatımda az insanın olmasını istəyirəm. Mən elə bir insanam ki, hər şey edə bilərəm. Və heç kimi heç nəyə görə qınamıram. İnsan ölənə qədər səhv edir. O qədər səhvlərim var ki... Bilirəm ki, indidən sonra da o səhvlər olacaq. İnsanam və səhv etməliyəm. O səhvləri etməsəm, mən böyümərəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Günə son” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

Bir neçə gün əvvəl doğum gününü dəbdəbəli villasında yaxın dostlarının ətrafında qeyd edən Pərvin sevgilisindən ayrıldığını bildirib: 

“Sevgilim var idi, amma ayrıldım. Belə lazım idi. Çünki daha yaxşısı olacaq. Daha gözəl həyat məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram və yaşayıram. Tək sevgi yox, eyni zamanda qayğı və diqqət”. 

Aktrisa sevgiyə və qayğıya ac olduğunu dilə gətirib: 

“Mənim ətrafımdan ən boyük istəyim, hər zaman məni sadəcə təmiz və saf sevin. O sevginin təmiz olduğunu görsəm nəyin ki, pulumu, varımı, hətta canımı, ürəyimi çıxararam verərəm o insana. Çünki mən sevgiyə ac bir insanam”. 

P.Abıyeva yaxın zamanda gəlinlik geyinib ərə getmək niyyətində olduğunu bildirib: 

“Eqoistəm, özümdən razıyam. Allah məni necə yaradıbsa özümdən razıyam. Niyə axı özümdən razı olmayım ki? Güclü, uğurlu, şanslı, bacarıqlı insanam. Bu il özümə ağ gəlinlik geyinməyi arzulayıram. Necə olsun ki, mən qazanım, amma o çulsuz, heçnəsiz bir insan olsun. Qürurlu insan bunu özünə sığışdırmaz. Mənim önümdə ailəsini saxlayan bir insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır. İnsan sevdikcə cavanlaşır. İnsan gərək hər zaman sevib, sevilsin”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin