"Harri Potter" filmində professor Sprout obrazını canlandıran məşhur britaniyalı aktrisa Miriam Margolyesin səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 82 yaşlı aktrisanın ürəyində problemlər yarandığı üçün təcili əməliyyata alınıb.
Miriam əməliyyatı ilə bağlı tükürpədici açıqlama verib. Margolyes etiraf edib ki, o, minimal invaziv üsulla, yəni kəsiksiz inəkdən ürək qapağı transplantasiyası əməliyyatı keçirib.
“İndi məndə inək ürəyi var. Bütün ürək deyil, mənim aorta qapağım inəyin aorta qapağı ilə əvəz olunub", - deyə aktyor vurğulayıb.
Cərrahi müdaxilənin olduqca nadir və qeyri-adi olması Miriamı qətiyyən narahat etmir, onun üçün əməliyyatın bədəndə çoxlu kəsiklər olmadan baş tutması daha vacib olub.
Yerli KİV-lərdə qeyd edilib ki, hazırda ekranların professor Stebli özünü yaxşı hiss edir, lakin səhhətindəki problemlərə görə, ölüm haqqında əvvəlkindən daha çox düşünməyə başlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:46 / 20.10.2023
"Harri Potter"in ulduzuna inəyin orqanını köçürdülər
Hazırda oxunan: "Harri Potter"in ulduzuna inəyin orqanını köçürdülər
Hazırda oxunan: "Harri Potter"in ulduzuna inəyin orqanını köçürdülər
160680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.