Xalq artisti Aygün Kazımova Almaniyada konsert proqramı ilə çıxış edəcək.
Bizim.Media xəbər verir ki, sənətçi Bergkamendə noyabrın 3-də səhnəyə çıxacaq.
Pop diva yeni və hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz üçün səsləndirəcək.
“Avropada yaşayan əziz həmvətənlərim, nəhayət sizin görüşünüzə gəlirəm. Yeni konsert proqramımla noyabrın 3-də sizin yolunuzu gözləyəcəyəm. Yox, bu dəfə siz mənim yolumu gözləyin” - deyə ölkənin əsas ulduzu söyləyib.
Gecənin aparıcılığı isə Afaq Gəncəliyə həvalə edilib.
Rəşad Əliyev, Bizim.Media