Xəbər verdiyimiz kimi, ötən gün “Füzuli Şəhəri Günü”ndə Füzulidə mədəniyyət və incəsənət nümayyəndələrinin iştirakı ilə konsert proqramı keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə səhnəyə çıxanlar sırasında Xalq artisti Aygün Kazımova da yer alıb.
Estrada ulduzu konsertdə iştirak etməzdən əvvəl səhnədə rəqsinin məşq videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Məşqdə müğənni əyninə “Dolce&Gabbana” markasına məxsus “top”, “Balenciaga” brendindən olan cins şalvar geyinib.
Kazımova konsert üçün xüsusi olaraq mərhum müğənni Şövkət Ələkbərovanın repertuarında yer alan sözləri Ənvər Əlibəyliyə, musiqisi isə İbrahim Topçubaşova məxsus “Söz olmasaydı” mahnısını ifa edib.
Aygünün çıxışı zamanı geyimi də diqqət çəkib. Belə ki, pop diva Rüfət İsmayılın “AFFFAİR” markasının «Sumakh» kolleksiyasından olan libası geyinib.
- A-
- A
- A+
Şoutaym
14:26 / 18.10.2023
Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı
Hazırda oxunan: Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı
Hazırda oxunan: Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı
160421
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.