Tolik: "Əli Mirəliyev ölü görən kimi qeyrət maskasını geyinib, kişi-kişi danışır" - VİDEO

Hazırda oxunan: Tolik: "Əli Mirəliyev ölü görən kimi qeyrət maskasını geyinib, kişi-kişi danışır" - VİDEO

160150

Xəbər verdiyimiz kimi, bu gün qısqanclıq zəminində müğənni Yaqut Haşımova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.  

Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev "Bizimləsən" ictimai-sosial verilişə zəng edərək "Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı" kimi, şok iddialar səsləndirib.  

Bizim.Media xəbər verir ki, qalmaqallı açıqlamanın ardından aparıcı və prodüser Tarix Əliyev (Tolik) sözügedən proqrama zəng edərək Əli Mirəliyevi sərt şəkildə tənqid edib.  

"Sizi, Əli Mirəliyev, heç zaman İlhamə Quliyevanın yanında nə də ki, onu sizin yanınızda görmədim. Amma İlhamə Quliyeva dünyasını dəyişəndən sonra çıxıb onun haqqında nələr danışdınız. Yaqut Haşımova bu gün dünyasını dəyişib. Onun dərdi ola-ola sən deyirsən ki, bu xanım yolunu azmışdı. Yaşınıza, başınıza hörmət edin.  

Bura televiziyadır. Çıxıb boş-boş danışmaqla deyil. Siz, Əli Mirəliyev, bəh-bəhlə "Zaurla Günaydın" səhər şousunda çıxıb duet oxumusunuz. İndi isə o qadının arxasıyca nələr danışırsınız.  
Mən 20 ildir ki, şou-biznesdəyəm... Əvvəla evinizin içindən müğayat olun. Çalışın ailənizdən kimsə pis yola düşməsin. Şou-biznesin qeyrətini çəkmək isə sizə qalmayıb.  

Bir ölü görən kimi qeyrət maskanı geyinib çıxıb efirdə kişi-kişi danışmaq olmaz! Sərxoş olanda Yaqut sənə zəng vurub... Sənin 70 yaşın var. O Yaqut axı sənə niyə zəng vursun ki,... Hansı sənin xüsusiyyətinə görə?", - deyə Tolik vurğulayıb.  

Tolik iddia edib ki, Yaqut onu qətlə yetirən həyat yoldaşı Anar Həşimovla uzun müddətdir boşanıb və onlar ayrı yaşayıblar:

"Mən Yaqutla dost olmamışam. Amma bildiyimə görə o, həyat yoldaşından boşanıb. O, əri ilə heç bir yerdə qalmayıb. Yaqutun yaşadığı evi isə onun atası alıb. Sən, Əli Mirəliyev, çıxıb efirə nə var - nə var gündəmdə olacaqsan deyə ölən qadın haqqında belə sözlər söyləyirsən. O qadının 43 yaşı var və sən ona ləkə atıb deyirsən ki, “Yaqut yolunu azmışdı”.Sən bunu özün haradan bildin

Deməli, sənin sözündən belə çıxır ki, şou-biznesdə yolunun azan qadınları bilirsən? Demək ki, onların yollarının azmağında bilavasitə sənin kimi kişilərin rolu var. Mərhum Yaqutun səkkiz yaşlı oğlan övladı var. O, məktəbə gedir, psixoloji travma alacaq. Yaqut hansısa fotosessiyalar da edibsə, yalnız gündəmə gəlmək üçün edib . Burada axı ayıb nə var ki? Şou-biznes odur ki, şou göstərirsən və bunun müqabilində biznes, yəni pul qazanırsan".  

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.   

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin