Müğənni Günay İbrahimli uzun illər əvvəl ermənilər tərəfindən əsir götürüldüyü babasından danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda danışıb.
İbrahimli bildirib ki, babası 6 il əsirlikdə qalıb:
“Daha sonra danışıqlarla onu geri alıblar. Babam əsirlikdə işgəncələrə məruz qalıb. Ona zülm veriblər, yerdə yatırdıblar. Ona nələr ediblər, amma o, bu haqda çox danışmırdı. Sonra xəstəlik tapdı və dünyasını dəyişdi”.
Rəşad Əliyev, Bizim.Media