Xalq artisti Röya konsertində ölümlə üz-üzə qaldığını açıqladı – VİDEO 

Hazırda oxunan: Xalq artisti Röya konsertində ölümlə üz-üzə qaldığını açıqladı – VİDEO 

159682

“Kimin “duxu” var onlar da mənim etdiyim konsertdən etsinlər. “Dux”ları varsa, o qədər pulu ayırsınlar o aparata (“Kuka” adlı robot – red.)”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sentyabrda üç gün sərasər Bakı Konqres Mərkəzində verdiyi konsert zamanı səhnədə üzləşdiyi çətinliklərdən söz açan Röya həyatı təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb: 

“Konsertin birinci günü texniki səbəb üzündən anlaşılmazlıq oldu. İndi sizə həmin o texniki səbəbdən danışım. O aparat (“Kuka” adlı robot – red.) yuxarı qalxanda… Konqres Mərkəzində orkestrın olduğu səhnə var. O qalxır, bu da qalxır. Və bir-birinə yaxın olur. Onun arasından məsafə heç bir naqillik belə deyil. Bir səhnə var idi. Onu yerinə yetirmək üçün səhnənin aşağı hissəsində duran iki gənci işə cəlb etdik. Onlar robot məni yuxarıya qaldıranda ipləri aşağıdan mənə verməli idilər. Yəni o ipləri uzadacaqsan. O gənclər isə onlara tapşırılan işi etməyiblər.

Onlar mən oxumağa başlayanda durduqları yeri tərk edib, çölə çıxıblar və sonra həmin yerə geri qayıda bilməyiblər. Elə olub ki, naqil arasında qalıb və başlayıb “yeyilməyə”. Əgər o naqillərin biri qırılsaydı o robot məni yerə çırpacaqdı. Birinci gün bunu biləndən sonra başladım ağlamağa.
Çünki anladım ki, robot məni ikinci mahnıda aşağı salmalı imiş, mən isə hələ də yuxarıda idim. Mən risk edən sənətçiyəm və işimə pul xərcləyirəm. Bundan sonra da xərcləyəcəyəm. Siz bahalı paltar alarsınız, mən isə almaram. O pulu konsertə, mahnıya, yaxşı aranjimana xərcləyərəm. Düzdür, bahalı paltar da alıram, çünki ən gözəl geyimləri elə özüm geyinirəm. Nəsə də olanda “ağız-burun” əyirlər. Amma anlamırlar ki, bu robot insan deyil, texnikadır”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin