Aysun: “Ailə qurmaq tərbiyəsizlik deyil” - VİDEO  

Hazırda oxunan: Aysun: “Ailə qurmaq tərbiyəsizlik deyil” - VİDEO  

159674

Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda ifaçı qonaq olduğu “Həmin Zaur” axşam şousunda danışıb. 

Aysun bildirib ki, münasibətdə olduğu bir bəy var: 

“Ailə qurmaq tərbiyəsizlik yox, əksinə çox gözəl bir şeydir. Mən sizin göz önündə böyümüşəm və Allaha şükürlər olsun ki, pis bir işim olmayıb. Mən gənc qızam və həyatımda ciddi bir münasibətin olması normal haldır. Ciddi bir münasibətim var. Amma hazırda mən nə “həri”li, nə də ki, nişanlı deyiləm. Biz bir-birimizi hələ ki tanımaq mərhələsindəyiq. Elçiliyimiz də olmayıb. İnşallah, nəsə olsa bunu bütün media biləcək”. 

Qeyd edək ki, Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan qalmaqallı şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova daha əvvəl qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləmişdi.
Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Barəsində isə 30 sutka həbs qərarı çıxmışdı. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.
 


Rəşad Əliyev,Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin