Elnarə Abdullayeva: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm” - VİDEO  

Hazırda oxunan: Elnarə Abdullayeva: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm” - VİDEO  

159643

“Aşırı dərəcədə edilən bədənşəkilləndirmə əməliyyatlarına indi də çox pis baxıram. Bundan sonra da pis baxacağam. Yəni bu mövzuda fikrimi dəyişməyəcəyəm. Özüm bədənşəkilləndirmə əməliyyatını etdirmərəm. Paltarın altında qalan şeydir… Qəribədir, axı bədənimin nəyini şəkilləndirəcəyəm?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi qadın həmkarlarının etdirdiyi bədənşəkilləndirmə əməliyyatlarının başlarına qaxınc edib:

“Mən bədənşəkilləndirmə əməliyyatı keçirənlərə pis baxmıram. Amma əndazəni aşmamaq şərti ilə. Yəni normasında edəsən. Mənim ağlım hər zaman başımdadır və nə danışdığımı da bilirəm, danışdıqlarımı da unutmuram. Mən daha əvvəlki müsahibəmdə də demədim ki, bədənşəkilləndirmə əməliyyatını etmək olmaz.

Pis baxıram da deməmişəm. Söyləmişəm ki, insanlarda aşırı dəyişikliklər var. Amma bu sənət aləmində müəyyən gənc qızlar var ki, çox səliqəli şəkildə bədənlərinə əl gəzdiriblər. Onlar kənardan da çox gözəl görsənirlər. Mən onlara pis baxmıram”. 
Qeyd edək ki, E.Abdullayeva bir müddət əvvəl göz qapaqlarında blefaroplastika əməliyyatı etdirib və göz ətrafındakı “qaz ayaqları” qırışlarından cərrahi müdaxilə ilə azad olub. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin