Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində ad çəkmədən dünyasını dəyişən zəngin xanım sənətçisi haqqında müzakirələrə səbəb olacaq qalmaqallı məsələdən söz açıb.
“Dünyasını dəyişən bir xanım sənətçi var. Onun adını çəkmək istəmirəm. O qadın dünyasını dəyişdi. Bundan sonra onun “şubası” (kürkü –red.) üstündə iki bacısı indiyə kimi düşməndirlər”, - deyə E.Əkbər vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media