Təranənin qızı: "Anam məni şantaj və təhdid edir" - VİDEO 

Hazırda oxunan: Təranənin qızı: "Anam məni şantaj və təhdid edir" - VİDEO 

159284

Xəbər verdiyimiz kimi, hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel efirə çıxaraq anasından imtina etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sözügedən tükürpədici məsələnin müzakirəsi "Səni axtarıram" ictimai-sosial verilişdə bu gün də davam edib.  

Suel canlı efirə zəng vuraraq, göz yaşları içində anası ilə bağlı hamını şoka salacaq açıqlama verib:

"Anam Təranə həbsxanadan zəng vurub, məni şantaj və təhdid edir. Deyir ki, sən çölə çıxanda... (həmin an canlı yayımda mikrofonun səsini bağladılar) Əgər o insanın (anasını nəzərdə tutur - red.) ağlı və şüuru yerindədirsə, niyə öz övladını şantaj edir?
İlk dəfə anam həbs olunanda mən dövlət qurumuna məktub yazmışdım ki, anamı azadlığa buraxsınlar. Çünki anam Təranə ilk dəfə həbs olunanda günahsız idi. Onda mənim doqquz yaşım vardı (hazırda Suelin 14 yaşı var). Əgər anam məni və mənim körpə Adel bacımı düşünən olsaydı, Rəqsanə xala ilə danışanda deməzdi ki, mən övladlarımı yox, Rasimi (Təranə Səmədovanın sevgilisi Rasim Həsənov. Hazırda həbsxanadadır - red.) fikirləşirəm (ağlayır).  

Mənə telefonda anam Təranə deyir ki, Rasim haqlıdır, Razim düz söz danışır. Sən məndən bizim qaldığımız iki otaqlı evimizi istəyirsən".

Proqramın gedişatında verilişin aparıcısı Xoşqədəm Hidayətqızının "Köpə bacın Adelin atasının kim olduğunu bilirsən?" sualına Suel "Xeyr, bilmirəm" cavabını verib. Həmin an isə proqramda qonaq olan Rəqsanə İsmayılova "Adelin atası başqa ölkənin vətəndaşıdır" sözlərini dilə gətirib.  

Xoşqədəm isə bildirib ki, bütün heyyətlə Adelin atasının kimliyini müəyyən olunması istiqamətində axtarışlara başladığını və əlindən gələn köməkliyi edəcəyini açıqlayıb.  

Hidayətqızı həmçinin Suelə atası tərəfindən soyadının verilməsi ilə bağlı işlər gördüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı.  
Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin