Nahidə Orucova: “Elə arıqlamışdım ki, hamı xərçəng olduğumu düşünürdü” - VİDEO  

Hazırda oxunan: Nahidə Orucova: “Elə arıqlamışdım ki, hamı xərçəng olduğumu düşünürdü” - VİDEO  

159155

“Səhhətimdə ciddi problemlər vardı. Gənc yaşlarımdan mədə ağrılarından əziyyətlər çəkmişəm. Mədəm mənə çox böyük əziyyətlər verirdi. Artıqçəkili idim. Birdən arıqlamağa başladım. Çox arıqladım. Elə arıqladım ki, həm zəiflədim, həm də halsızlaşdım. İnsanlar elə düşünürdülər ki, mən anoreksiya və ya xərçəng xəstəsiyəm. Hamı da mənə bu xəstəliklərlə bağlı suallar verirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu “Günə son” ictimai-sosial verilişdə deyib. 

İllər əvvəl keçirdiyi mədəkiçiltmə əməliyyatından söz açan aktrisa bildirib ki, bu yolla o, 50 kiloqram arıqlayıb: 

“Mədəkiçiltmə əməliyyatından əvvəl çəkim 120 kiloqram idi. Mən əməliyyatdan sonra 50 kiloqram çəki atıb, arıqladım. Əməliyyat zamanı mədəmi götürdülər, çünki çox böyük problemlər yaradırdı. Mədəmin ağrısından ikiqat olurdum. Bu əməliyyatı edəndən sonra çox xoşbəxtəm. Köklük bir çox insanları stressə, depressiyaya gətirib çıxarır. Elə xanımlar tanıyıram ki, artıq çəkiyə görə onlar həddindən artıq depressiyaya düşürlər. Mən kök insanlara mədəkiçiltmə əməliyyatını tövsiyə edirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin