Xalq artisti, "Şöhrət" ordenli Yalçın Adıgözəlovun qızının toyu olub.
Bizim.Media xəbər verir ki, paytaxtın dəbdəbəli restoranlarının birində baş tutan məclisdən görüntüləri bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Gecənin aparıcılığı isə Leyla Quliyevaya həvalə edilib.
Qeyd edək ki, 63 yaşlı dirijor və musiqi müəllimi Yalçın Adıgözəlovun daha iki oğlu var.
Rəşad Əliyev, Bizim.Media