Cennifer Lopez əri Ben Affleklə 30 il ipoteka ödəyəcəklər - FOTO

Hazırda oxunan: Cennifer Lopez əri Ben Affleklə 30 il ipoteka ödəyəcəklər - FOTO

159043

Xəbər verdiyimiz kimi, aylar əvvəl dünyaca məşhur Hollivud cütlüyü Cennifer Lopez və həyat yoldaşı Ben Afflek Beverli-Hillzdəki yeni dəbdəbəli malikanə alıb.   

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, aşiqlər bunun üçün 30 illik ipoteka götürməli olublar. 

Məlum olub ki, bu, Hollivud məşhurları arasında mənfəət naminə atdıqları adi addımlardan biridir. CeyLo və Ben əvvəlcə bütün xərci - 61 milyon dolları nağd şəkildə ödəmək istəyirdilər, lakin sonra bu barədə düşünüb daha sərfəli variant seçiblər. Onlar növbəti üç onillikdə məbləğin üçdə birini ödəyəcəklər.  
Los Anceles daşınmaz əmlak mütəxəssisi Toni Mariotti qərarı son dərəcə ağıllı adlandırıb və əlavə edib ki, bunda təəccüblü heç nə yoxdur.  

Sərvət dəyərində şeyxlərə layiq malikanə 12 yataq otağı və 24 vanna otağından ibarətdir. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin