İlham Mirzəyevin bu sözlərinə görə “Space” TV cəzalandırıldı - VİDEO

Hazırda oxunan: İlham Mirzəyevin bu sözlərinə görə “Space” TV cəzalandırıldı - VİDEO

159011

Xəbər verdiyimiz kimi, bu gün Audiovizual Şuranın onlayn formatda keçirilən iclası zamanı  “Space” telekanalına xəbərdarlıq ünvanlanıb. 

Bizim.Media xəbər verir ki, oktyabrın 4-də sözügedən kanalın efirində yayımlanan “Yaxşıya doğru” ictimai-sosial verilişinin aparıcısı İlham Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Space TV”yə xəbərdarlıq edildi


“Hazırda həbs olunan  şəxsi ekranda göstəririk. Bu şəxs 1987-ci il təvəllüdlü Zaur Hacıyev uşaqları zəhərləyən, onlara narkotik allüdəçiliyi edib, uçuruma aparandır. Belə insanlara ağır cinayət və cəza verilməlidir.  Araşdırma zamanı o da məlum olub ki, bu şəxs həm narkotik allüdəçisidir, həm də ki narkotik alveri ilə məşğul olur. Özü də bədbəxtdir, cinayyətkardır. Övladlarımızı buna meylləndirir. Artıq bu şəxsə cinayət işı açılıb”, - deyə İ.Mirzəyev vurğulayıb. 

Qeyd edək ki, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Audiovizual Şura müzakirələrdən sonra “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin