Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub.
Bizim.Media xəbər verir ki, Samirə sosial şəbəkə hesabında yeni post paylaşaraq İsraili tərk edə bildiyini açıqlayıb.
“Çox şükür, İstanbula çatdıq. Allah hamını qorusun və səbr versin”- deyə S.Əfəndi yazıb.
Rəşad Əliyev, Bizim.Media