Model Səmra “TikTok”dan olan gəlirinə görə 7886 manat vergi ödəyəcək - FOTO/VİDEO

Hazırda oxunan: Model Səmra “TikTok”dan olan gəlirinə görə 7886 manat vergi ödəyəcək - FOTO/VİDEO

158652

Dövlət Vergi Xidməti “Miss Azərbaijan – 2019”, model Səmra Hüseynovanı növbəti dəfə külli miqdarda cərimələyib. 

Bizim.Media xəbər verir ki, bu haqda Səmra sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada məlumat yayıb. 

Hüseynovanın sözlərinə görə, sözügedən qurum onun “TikTok” sosial şəbəkə platformasında göstərdiyi fəaliyyətə (sözügedən platformada canlı yayımlar açaraq, hədiyyələr (pul) qazanır – red.) görə 7886 manat 57 qəpik dəyərində cərimə kəsib. Dövlət Vergi Xidməti bununla bağlı rəsmi qaydada hazırlanan sənədi məktub vasitəsi ilə Səmra Hüseynovaya göndərib. 

Həmin sənədin fotolarını izləyiciləri ilə bölüşən model məsələ ilə bağlı bunları söyləyib: 
 
“Sentyabrın 6-da Dövlət Vergi Xidmətindən mənə göndərilən sənədə əsasən “TikTok” sosial şəbəkə platformasında fəaliyyətimə görə, 1144 manat 65 qəpik cərimələnmişəm və həmin cəriməni ödəmişəm. Sonra isə sözügedən qurum mənə yenidən sənəd göndərir ki, sizin 7886 manat 57 qəpik dəyərində cərimə borcunuz var. Bu məbləği ödəməlisiniz. Bu nə dərəcə də doğrudur? Axı hansı qanunvericilikdə bu haqda məlumat var?
Mən özüm Azərbaycanda güzəştli siyahı üzrə ev növbəsindəyəm. İşsiz, evsiz bir insan “TikTok”dan gəlir əldə edib, 7886 manat 57 qəpik pul ödəməyi harada görünüb? Mənim o qədər pulum olsa, gedib ev alaram. Mən həqiqətən şokdayam. Kimə şikayət edim? “TikTok”dan gələn jetonların sayı cəmi 2 milyondur. O da 10 min manat pul edir. 10 min manat pula mən necə 7886 manat 57 qəpik pul ödəyə bilərəm? 

Dövlət Vergi Xidməti belə bir qərarı necə verə bilər?”. 

Səmra Dövlət Vergi Xidmətindən sözügedən cərimənin silinməsini və bu məbləği heç bir halda ödəməyəcəyini vurğulayıb: 

“Əsassız şəkildə 7886 manat 57 qəpik borcun yazılması gülünc məsələdir. Necə, dövlətin büdcəsində mənə ev verməyə pul yoxdur, eləcə də mənim büdcəmdə o qədər pul yoxdur ki, mənə yazılan o cəriməni ödəyim. Mən o cəriməni ödəməyəcəyəm. Mən sizdən tələb edirəm, yazılan o əsassız cəriməni siləsiniz. Çünki mən 1144 manat 65 qəpik evimin kirayəsini deyil, sizin kəsdiyiniz cəriməni ödəmişəm”. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin