Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində təhdid olunub.
Bizim.Media xəbər verir ki, aparıcı Yusif Ağayev həmkarının canlı efirdə hədələnməsini məsxərəyə qoyub.
MÖVZU İLƏ BAĞLI:
Xoşqədəm Hidayətqızını verilişində hədələdilər – VİDEO
Yusif sosial şəbəkə hesabında ad çəkmədən rəqqasla rəqqasənin çılğın rəqsinin videosunu paylaşaraq “Efirdə “Siz məni təhdid edirsiniz” “opparıcıya”, bəli, “opparıcıya” baxmaqdansa, buna baxmaq daha məqsədəuyğundur” sözlərini yazıb.
Ağayev yazılacaq tənqid və təhqir dolu rəylərdən özünü əvvəlcədən sığortalamaq üçün sözügedən paylaşımın şərh bölməsini bağlayıb.
Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızı proqramında son 2 gündür təhdid olunduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media