Xəbər verdiyimiz kimi, Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan küsülü olduğu həmkarı, müğənni Səidə Sultanla barışıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 19-da ailə quran Səidənin toyunda iştirak edən Elza sənət dostları Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Xuraman Şuşalı ilə bir araya gələrək “haxışda” deyiblər.
Həmin anları Seyidcahan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. S.Sultanı ərə getməsi münasibəti ilə təbrik edən Elza paylaşdığı postda bu sözləri yazıb:
“Xeyirlə şər qardaşdır deyiblər. Məlum səbəblərdən yaşadıqlarımıza görə, Səidə qızımızı ailə qurmaq münasibəti ilə təbrik etdiyimi paylaşa bilməmişdim. Allah xoşbəxt eləsin. Oğullu-qızlı olsun. Hamı övladlarından yarısın. Bu arada gözəl qızlara alqışlar. Hansımız gözəl “haxışda” deyirik? Qoşulun bizə. Bütün subaylara “haxışda” nəsib olsun”.
Qeyd edək ki, maqazin verilişlərinin birində Elzanın “Səidə gördü ki, mahnıları tutmur, keçdi çılpaqlığa” açıqlaması qalmaqala səbəb olmuşdu.
Səidə isə Seyidcahana cavab olaraq “İQ-sü 70 faizdir. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır” açıqlamasını vermişdi. Bundan sonra tərəflər “qanlı düşmənə” çevrilmişdi.
Rəşad Əliyev, Bizim.Media