Xalq artisti İlham Namiq Kamal ailəsindən, dörd övladı və nəvələrindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda 74 yaşlı sənətkar qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
“Gördüyünüz bu fotoda sol tərəfdə qızımdır. Qızımın yanında isə onun oğlu Ziyadır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Fotoda yanımda duranlar isə digər qızımın övladları, nəvələrim Canan və Dənizdir. Bu nəvələrim İstanbul şəhərində yaşayırlar. Mənim ümumilikdə dörd övladım – 2 qız, 2 oğlum var. Böyük qızım psixologiya fənnindən dərs deyir, müəllimədir. Digər qızım rus və ingilis dillərini mükəmməl bildiyi üçün İstanbulda təcrüməçi kimi çalışır. O, Atatürk Hava Limanında işləyir”, - deyə aktyor bildirib.
Verilişin aparıcılarından birinin “Nə zaman evləndiniz? Heç kimin bundan heç xəbəri də olmadı?” sualına Xalq artistinin cavabı belə olub:
“Mən evləndiyimi hamıya car çəkməliyəm ki? Ailə qurdum. Toyumda da qohum-əqrabam, yaxınlarım və sənət dostlarım iştirak etdi. Həyat yoldaşım tibb işçisi, həkim-terapevtdir. Məsələn, mən xəstələnməyə qorxuram. Çünki xəstələnən kimi mənə iynə vurur (gülür)”.
Proqramın gedişatında aparıcının “Deyirlər ki, zaman keçəndən sonra, nəvələr dünyaya gələndən sonra həyat yoldaşına qarşı sevgi azalır. Siz bu barədə nə düşünürsünüz?” sualına İlham Namiq Kamal belə münasibət bildirib:
“Bu suala necə cavab verim? Mən fağır insanam. O haqda heçnə deyə bilmərəm. Həyata sevgi hər zaman var. Molla Pənah Vaqifin bir sözü var: “Gözələ baxmamaq cinayətdir”. Mən isə cinayətkar olmaq istəmirəm. Bu sözləri Molla Pənah Vaqif deyib də mənim axı nəyimə lazımdır (gülür). Çox gözələ baxmamışam. Amma baxsam da, belə də “qıyqacı”. Mən elə yaşdayam ki, qısqanclıqdan söhbət belə gedə bilməz”.
Qeyd edək ki, İlham Namiq Kamal “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun “Musiqili teatr aktyoru” kafedrasının müdiridir.
Rəşad Əliyev, Bizim.Media