Xatirənin 3000 manatlıq ayaqqabısını ələ saldılar - FOTO

Hazırda oxunan: Xatirənin 3000 manatlıq ayaqqabısını ələ saldılar - FOTO

158425

Müğənni Xatirə İslamın aldığı bahalı ayaqqabısı başına bəla olub. 

Bizim.Media xəbər verir ki, sənətçi sinə dekolteli köynək, qısa şort  və “Versace” brendinə məxsus qızılı hündür daban ayaqqabıda çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Xatirə paylaşımına “Yazın gəlsin: nə ilə nə tutur, nə tutmur. Görəsən, bu şərhləri yazanlar stili nə dərəcədə anlayır? Boş verin, əsas mən sizi sevirəm" sözlərini yazıb.  

İzləyicilərdən birinin “Bu ayaqqabının dəbi çoxdan bitib, “demode”dir” deyərək, ələ salıb. Müğənni isə “Bu ayaqqabı “Versace" 2023-cü il kolleksiyasıdır” cavabını verib.  
Qeyd edək ki, sözügedən model ayaqqabının qiyməti 1800 dollardır (təxminən  3060 manat).








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin