Nisə Qasımova: \"Xərçəngə yoluxdum, sonra isə insult keçirdim\" - VİDEO

Hazırda oxunan: Nisə Qasımova: \"Xərçəngə yoluxdum, sonra isə insult keçirdim\" - VİDEO

158265

Yay aylarında insult keçirən Xalq artisti Nisə Qasımova uzun müddətdən sonra yenidən efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu "Rəngarəng səhər" verilişində səhhətindən söz açıb. 

Qasımova bildirib ki, keçirdiyi insultdan əvvəl xərçəngə yoluxubmuş: 

"Şəkər xəstəliyinə tutuldum. Daha sonra xərçəngə yoluxdum. Dərhal və təcili əməliyyat olundum. Bu əməliyyatın gerçəkləşməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Və daha sonra insult keçirdim. Ailəm, oğlum, gəlinim yanımda idi.

Elə bil mənə hiss gəldi ki, sanki ölürəm. Qurani-Kərim kitabını tez yanıma gətirdilər. Başladım oradan kəlimələri oxumağa. Elə bildim ki, bədənimdə nə qan, nə su var. Dedim ki, axı mənə nə oldu. Evdəkilər gördülər ki, üzümdə deformasiya oldu. Beynim, huşum alt-üst oldu. Həmin an oğlum Heydər Əliyev Fonduna zəng etdi.
Bundan sonra yenidən Mehriban xanım Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirildim. Əlil arabasına əyləşdim, dilim tutuldu. 11 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ondan sonra səhhətimdə başqa problemlər yarandı". 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin