Qalmaqallı kanadalı müğənni Qrayms uşaqların qəyyumluğu ilə bağlı problemlərə görə keçmiş əri, “X“SpaceX” və “Tesla”nın sahibi İlon Maskı məhkəməyə verir.
Bizim.Media “PageSix” nəşrə istinadən xəbər verir ki, sənədlərindən məlum olduğu kimi, “valideyn münasibətlərinin qurulması üçün ərizə” sentyabrın 29-da Kaliforniya məhkəməsinə verilib.
Müraciət uşağın qanuni valideynlərinin nikahda olmadığı halda məhkəmə tərəfindən müəyyən edilməsinə yönəlib. Qraymsdan hələ ki, uşaq dəstəyi tələbi olmayıb.
Qeyd edək ki, İlon Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıblar. Bir neçə dəfə ayrılıb və yenidən bir araya gələn cütlüyün münasibətləri 2021-ci ilə qədər davam edib. Müsahibələrin birində müğənni yaxşı münasibət saxlamağa davam etdiklərini və hələ də bir-birlərini sevdiklərini söyləmişdi.
Onların birlikdə üç övladı var: Qraymsın özünü dünyaya gətirdiyi “X Æ A-Xii” adlı bir oğlu, surroqat anadan dünyaya gələn qızı Axa Dark Siderel və doğumunu gizli saxladıqları Texno Mexanikus adlı oğlu. Maskın ümumilikdə on övladı var: Qraymsdan olan övladlarından əlavə, Castine Muskdan beş və Şivon Zilisdən iki uşağı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:46 / 04.10.2023
İlon Maskı keçmiş arvadı məhkəməyə verir - FOTO
Hazırda oxunan: İlon Maskı keçmiş arvadı məhkəməyə verir - FOTO
Hazırda oxunan: İlon Maskı keçmiş arvadı məhkəməyə verir - FOTO
158260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.