Rüfət Nasosnu: “Narkomaniyadan əziyyət çəkəndə çəkim 34 kiloqram idi” - VİDEO

Hazırda oxunan: Rüfət Nasosnu: “Narkomaniyadan əziyyət çəkəndə çəkim 34 kiloqram idi” - VİDEO

158014

“Narkomaniyadan əziyyət çəkəndə çəkim 34 kiloqram idi. Mən narkomaniyadan sağalıb birinci dəfə toya gedəndə evimizdə 15 manat pul vardı. Üç otaqlı evimiz vardı. Onun bir otağında yaşayırdıq, çünki digər iki otaq təmirsiz idi. Heç döşəməsi də yox idi. Bütün hər şeyi qaytarmaq olur. Mal, mülk, hörmət, etibar... Bir tək ölən olmasın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Uzun müddət narkomaniyadan əziyyət çəkib sağalan söz ustadı yaşayış tərzindən söz açıb. Rüfət bildirib ki, pis vərdişlərini tərgidəndən sonra ailə qurub:  

“Mənim atam yoxdur. Çox şeyimdən keçərdim ki, təki atam olsun, ona qulluq edim. İndi düzdü anam var, ona qulluq edirəm. Atam mən narkomaniyadan əziyyət çəkən vaxtı dünyasını dəyişdi.

Atam narkoman olmağımı bilirdi və çörəyimi yemədi. O zamanlar heç evli də deyildim. Subay idim. Oğlum narkomandır onu evləndirim, sağalacaq, düzələcək kimi bir şey yoxdur. Və bu prizmadan yanaşmaq axmaqlıqdır.  Çünki kiminsə övladını bədbəxt edirsiniz. Sağaldıqdan sonra ailə qurdum. Mən 10 ildir ki, evliyəm. Övladım yoxdur, siqaret də çəkmirəm. Hamısını bir gündə tərk etmişəm.
Heç energetik içkilər belə içmirəm. Mənim vecimə deyil, kim haqqımda nə fikirləşir. Əsas odur ki, mənə dəyər verən insanlar mənim necə bir insan olduğumu bilirlər. Həyatım və yaşayış tərzim necədir... Narkotiki tərgidəndən sonra hər şeyim oldu. Xalqımın hesabına toylara da gedirəm, qazancım da var”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin