Yəhudi əsilli kamança ifaçısı Mark Eliyahu Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, günəşin çıxması zamanı Bakı səmasında möhtəşəm mənzərəni çəkən musiqiçi həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Mark paylaşımına “Sabahın xeyir Bakı” qısa şərhini yazıb.
Qeyd edək ki, M. Eliyahu 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib.
Rəşad Əliyev, Bizim.Media