Ötən axşam Azad Azərbaycan televiziyasının (ATV) keçmiş rəhbəri, Əməkdar jurnalist Vüqar Qaradağlının oğlu Aydın Qaradağlının təmtəraqlı toyu olub.
Bizim.Media xəbər verir ki, Aydın Lalə Bağırova adlı xanımla ailə qurub.
Paytaxtın dəbdəbəli restoranlarından birində baş tutan məclisdə şou əhlinin məşhur simaları və bir sıra televiziya əməkdaşları iştirak edib.
Toyun əsas qonağı isə Xalq artisti Aygün Kazımova olub. Pop diva ifaları və səhnə perfomansı ilə məclisi, qonaqları daha da coşdurub. Bəy və gəlin səhnəyə çıxaraq Aygünlə birlikdə mahnı oxuyub, rəqs ediblər.
Qeyd edək ki, Aydın və Lalənin nişan mərasimi bu ilin yanvarında olub. Bir müddət əvvəl V.Qaradağlının qızı müğənni qızı Gültəkinin də nişanı olmuşdu. Gültəkin İT mütəxəssisi Tural Bədirxanlı ilə nişanlanıb. Gültəkin və Tural cütlüyü ABŞ-da yaşayır.
Rəşad Əliyev, Bizim.Media