Müğənni Xuraman Şuşalı işğaldan azad edildikdən sonra ilk dəfə Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, verilişlərin birinin çəkiliş heyəti ilə doğma torpağına ayaq basan sənətçi Cıdır düzünə, İsa bulağına, Xurşidbanu Natavan bulağına, əcdadlarının uyuduğu məzarlığa və xarabalığa çevrilən Şuşa həbsxanasına baş çəkib.
Sənətçi həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. Xuraman Şuşaya gəlməkdən xoşbəxt olduğunu dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media