Dünya pop səhnəsinin ulduzu Cennifer Lopezin məşhur marka üçün çəkdirdiyi fotolar qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, sənətçi şəkilləri ilə bu il 24 yaşı tamam olan “On the 6” adlı debüt albomunun üz qabığını təkrarlayıb.
Bir sıra məşhur nəşrlər Lopezin fotolarda albomun üz qabığından daha cavan görsəndiyini yazsalar da, sosial şəbəkə əhlində fikir ayrılığı yaranıb. İzləyicilər iddia ediblər ki, Cenniferin gözəlliyinin əsas sirri fotoşopdur.
Onlar daha əvvəl paparazzilərin lentə aldığı pop ulduzun şəkillərini üzə çıxararaq bu sözləri yazıblar:
“Çox gecdir. Hamptonda onun gözləri ətrafında qırışlar olan şəkillərini hamımız görmüşük”.
“Mən qayıtmazdan əvvəl də o, heyrətamiz görünürdü. Ancaq yenidən görüşdükdən sonra o, süd kimi qocaldı”, “Necə də sadəlövh! Bu fotoşopdur!
Bəli, yaşına görə yaxşı görünür, amma o qədər də yaxşı deyil!”, “Peşəkar vizajistlərin əl işi və çoxlu filtrlər var. Saytda o, həmişə nümayiş etdirildiyi kimi görünür”, “O, nəinki bir dəfədən çox bıçağın altına girib, həm də bu fotolarda ciddi şəkildə retuş edilib”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:15 / 28.09.2023
Cennifer Lopezin başı dərddə: İzləyicilər onu ifşa ETDİLƏR - FOTO
Hazırda oxunan: Cennifer Lopezin başı dərddə: İzləyicilər onu ifşa ETDİLƏR - FOTO
Hazırda oxunan: Cennifer Lopezin başı dərddə: İzləyicilər onu ifşa ETDİLƏR - FOTO
157338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.