Erməni diasporu “Avrovision 2021” mahnı müsabiqəsində Azərbaycanın qarşı məkirli təbliğata strat verib.
Bizim.Media xəbər verir ki, erməni diasporu tərəfindən Azərbaycanı müsabiqədə təmsil edəcək iştirakçımız Samira Əfəndiyə qarşı diskvalifikasiya kampaniyasına başlanılıb.
Kampaniya #Changeorg platmorasında aparır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan "Eurovision-2021"də bu mahnı ilə çıxış edəcək - VİDEO
Qeyd edək ki, Azərbaycanı Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samira Əfəndi "Mata Hari" mahnısı ilə çıxış edəcək.
Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.
Samira Əfəndi Azərbaycanı Eurovision 2020-də Cleopatra (Kleopatra) mahnısı ilə təmsil etməli idi, lakin COVİD 19 pandemiyasilə əlaqədar müsabiqə təxirə salınmışdı.
O vaxt ərzində isə təmsilçimiz təqdimat mahnısını dəyişməyə qərar verib.
Gülşanə Mustafayeva, Bizim.Media