Azərbaycan Televiziyasının keçmiş aparıcısı, yazıçı və şairə Nurlana Cəfərova Bakıda doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, Nurlananın xoş günündə Xalq artisti Murad Adıgözəlzadə, onun müğənni xanımı Aysel Teymurzadə və məşhur estrada ulduzu Natavan Həbibi iştirak edib.
Natavanın məclisə gəlməsi isə Nurlananı daha da sevindirib.
Həbibi Cəfərovanı qucaqlayaraq ad gününü təbrik edib. Daha sonra məşhurlar bir araya gələrək xatirə fotoları çəkdiriblər. Həmin şəkilləri isə Natavan Həbibi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media