Əli Mirəliyevdən KİŞİ HƏMKARINA – “Üzündə pudra ilə uşaqlarının qarşısına necə çıxırsan?” – VİDEO  

Hazırda oxunan: Əli Mirəliyevdən KİŞİ HƏMKARINA – “Üzündə pudra ilə uşaqlarının qarşısına necə çıxırsan?” – VİDEO  

156598

Müğənni Əli Mirəliyev görünüşünə əl gəzdirən kişi həmkarlarını sərt şəkildə tənqid edib.

Bizim.Media xəbər verir ki, “13 sual” verilişində qonaq olan sənətkar üzünə qrim edib, saçlarına rəng qoyan ifaçıları ifşa edib.  

“Efirə dəbi mənim kimi sənətkarlar gətirib. İndi isə efirə dəbi gətirən qadın cildində kişilər və kişi cildində qadınlardır. Hər zaman diqqət yetirmişəm ki, qarnım olmasın. Əynimə geyindiyim pencəyin düymələrini bağlaya bilim, vəssalam…

Qalan üzümə qrim etmək, ənlik çəkmək, rəng qoyum kimi şeylər etməmişəm. İndi bəzi yaşı 70 ötmüş kişi müğənnilərinə baxıb görürsən ki, 30 il əvvəl saçları ağ idi, indi isə yaşadolub, “80-i xırdalayır” saçları qapqaradır. Üzü qarayanız idi, indi isə efirdə üzü ağappaqdır. Utanmırsan? O sifətlər evə gedib, uşaqlarının qarşısına necə çıxırsan?  

Ənliyi üzündən yuyandan sonra yenə olursan qapqara. Hələ sən kişi xeylaqısan. Camaat hara baxır? Televizora baxır da…

Biz bizə baxan tamaşaçılar üçün nümunə olmalıyıq. “Mən müğənniyəm, necə istəyirəm geyinib, efirə çıxaram” kimi şeylər etmək olmaz.  

Sən müğənnidən əvvəl xanım və ya kişisən. Müğənnidən əvvəl isə anan səni kişi cinsində dünyaya gətirib. Anan bilsəydi ki, sonrada sən nakişi olacaqsan səni abort edərdi.

Qoymazdı ki, sən yaşayasan. Sevinir ki, oğlu olub, onu öpür, qucaqlayır. O bilsəydi ki, sən bu günə düşəcəksən… Olmaz!”, - deyə Ə. Mirəliyev vurğulayıb.   

Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin