Dünya pop səhnəsinin ulduzu Şakira ona xəyanət edən sevgilisi Jerar Pike ilə ayrılmasından, bu vəziyyətin ona necə təsir etdiyindən söz açıb.
Bizim.Media xəbər verir ki, “Bilboard” nəşrinə müsahibə verən sənətçi həyatında baş verən təlatümlərlə mübarizə aparmağa çalışdığını söyləyib.
“Özümü doqquzdan çox həyatı olan bir pişik kimi hiss edirəm. Hər dəfə yaxşılaşmayacağımı düşünəndə birdən ikinci bir nəfəs alıram. Mən bir neçə mərhələdən keçdim: inkar, qəzəb, ağrı, xəyal qırıqlığı, daha çox qəzəb, daha çox ağrı. İndi mən sağ qalma, düşünmə mərhələsindəyəm. Və boş vaxtlarımı uşaqlarımla keçirirəm”, - deyə Şakira vurğulayıb.
Müğənninin sözlərinə görə, o, hələ də ayrılığı yaşayır, lakin artıq özünü yaxşı hiss edir. Müğənni, müsahibəsində bu yaz Barselonadan Mayamiyə birlikdə köçdüyü oğulları Saşa və Milanın adını çəkib:
“Onların işləri yaxşı gedir və Mayamini çox sevirlər. Uşaqlarım məşhurların övladları olduqlarına görə Barselonada çiyinlərində ağır yük daşıdılar. Medianın ailəmizi bir dəqiqə belə olsun diqqətdən kənarda qoymamaqları onlar üçün də çətin idi. Hər gün qapımızın ağzında paparassilər olurdu”.
Şakira bildirib ki, ABŞ-da yaşamaq onlara daha rahatdır:
“Burada onlar normal həyatdan zövq uşaqlardır. Ünsiyyətcil olduqları üçün onlara burada uyğunlaşmaq asan oldu”.
Müğənni bildirib ki, son vaxtlar həyat tərzi dəyişib: o, daha tez-tez evdən çıxıb dostları ilə vaxt keçirməyə başlayıb ki, bunu dedi-qodu yazıları və paparassi fotoları da təsdiqləyir:
“Əvvəllər çölə çıxmağa tənbəllik edirdim. Ona görə də, ən sevdiyim paltar pijamadır (ev paltarı – red.)”.
Şakira hazırda evinin və ailəsinin onun üçün əsas prioritet olduğunu deyir. O, Pike ilə münasibətləri barəsində də danışıb:
“Mən əvvəllər “yalnız ölüm bizi ayırar” fikrinə inanırdım. Bu xəyala inandım”.
Qeyd edək ki, Şakira keçən yay Jerar Pike ilə 12 illik münasibətdən sonra futbolçunun xəyanəti səbəbindən ayrılıb. Daha sonra xarici mətbuat Pikenin müğənnini aldatdığı 23 yaşlı Klara Çia ilə görüşdüyünü yazıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:19 / 23.09.2023
Şakira ona xəyanət edən Jerar Pikedən DANIŞDI: ““Ölüm bizi ayırar” fikrinə inanırdım” - FOTO
Hazırda oxunan: Şakira ona xəyanət edən Jerar Pikedən DANIŞDI: ““Ölüm bizi ayırar” fikrinə inanırdım” - FOTO
Hazırda oxunan: Şakira ona xəyanət edən Jerar Pikedən DANIŞDI: ““Ölüm bizi ayırar” fikrinə inanırdım” - FOTO
156588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.