ABŞ-da yaşayan Günel Hümbətova işdə haqsızlıqla üzləşdi - VİDEO 

Hazırda oxunan: ABŞ-da yaşayan Günel Hümbətova işdə haqsızlıqla üzləşdi - VİDEO 

156574

ABŞ-da yaşayan keçmiş teleradio aparıcısı Günel Hümbətovanın başına iş gəlib.  

Bizim.Media xəbər verir ki, çalışdığı şirkətdə Günel rəhbər tərəfindən haqsızlıqla üzləşib.  
Bu haqda Hümbətova sosial şəbəkə hesabında məlumat verib. Günel işdə yaşadığı hadisəni belə nəql edib:  

“Haqsızlığı heç sevmirəm. İstər özümə, istərdə də başqa insanlara qarşı kimsə haqsızlıq edəndə hər zaman səsimi çıxardıram. İşdə bir şey baş verib. Bir layihə üzərində çalışırıq. Sonra onun “demo”sunu (məhsula baxış –red.) təqdim edirik. Mənim və digər həmkarlarımın hazırladığı layihə müştəriyə baxış üçün təqdim edilir. Artıq neçə dəfədir ki, müştəriyə işim təqdim olunur, amma adımı çəkmirlər.  

Yenidən eyni hal təkrarlandı. Rəhbər iclasda işimi bəyənib, tərifləsə də amma adımı çəkmədi. İş bitdi, rəhbər mənə mesaj yazıb ki, Günel sən çox əla iş bacardın və müştəri sənin hazırladığın layihəni çox bəyəndi və s. Özümə deyirəm ki, ““Ok”, bunu anladım. Bəs iclasda niyə mənim adımı çəkmirsən?”  

Son zamanlar bu hallara susurdum. Dedim “eybi yoxdur, qoy susum”. Bu dəfə isə rəhbərə yazdım ki, “əgər siz adımı iclasda çəksəydiniz, bu məni motivasiya edərdi”. Sonra isə “təşəkkür edirəm” yazdım.  

Özümə dedim ki, “Günel siyasətçi olmaq lazımdır, “dram”lara girmək olmaz”.  O isə cavabında yazdı ki, “sən tamamilə haqlısan”. Bax belə “happy end” (xoşbəxt sonluq –red.).  

Demək istəyirəm ki, nə qədər soyuqqanlı olmağı bacarsan da, bir o qədər də öz sözünü də deməyi bacarmalısan. Əks halda səni tapdalıyarlar və haqqını yeyərlər. Ona görə öz hüquqlarımızı qorumağı bacarmalıyıq”.  

Qeyd edək ki, G.Hümbətova bir neçə ay əvvəl həyat yoldaşı Firuz Soliyevlə boşandığını açıqlayıb. Cütlük 2015-ci ildə ailə qurub və ABŞ-a köçüb. Onların Jozefina adlı bir qızı var.

Günel və qızı artıq ABŞ vətəndaşıdır.   

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin