Müğənni Aydin Sani 23 sentyabrda "Yaşıl teatr"da keçirilməsi planlaşdırılan canlı solo konsertini təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin özü sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada bildirib.
"Həssas dönəmlərdən keçirik. Şəhidlərimiz və yaralılarımız var. Xalqımıza dərin hüznlə başsağlığı verirəm. Qazilərimizə və yaralılarımıza Allahdan şəfa diləyirəm. İfaçılıqdan əvvəl biz azərbaycanın vətəndaşlarıyıq.
23 sentyabr tarixində "Yaşıl teatr"da baş tutacaq konsertimi şəhid verdiyimizə görə, təxirə salıram. Kim komsertimə bilet alıbsa, suallarla bağlı "İticket.az" saytı ilə əlaqə saxlaya bilər.
Bayrağımız hər zaman uca, dövlətimiz və millətimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə Aydın vurğulayıb.
Videoaçıqlamada konsertini təxirə salan A.Sani konsertin növbəti tarixi barədə məlumat verməyib.
- A-
- A
- A+
Şoutaym
23:36 / 21.09.2023
Aydın Sani antiterror tədbirlərinə görə konsertini təxirə saldı - VİDEO
Hazırda oxunan: Aydın Sani antiterror tədbirlərinə görə konsertini təxirə saldı - VİDEO
Hazırda oxunan: Aydın Sani antiterror tədbirlərinə görə konsertini təxirə saldı - VİDEO
156402
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.