Sənətçilərdən kədərli bayram açıqlaması: “Bu il papaqlarımız başımızda...” 

Hazırda oxunan: Sənətçilərdən kədərli bayram açıqlaması: “Bu il papaqlarımız başımızda...” 

15637

“Bu il o qədər də bayram abu-havası olmadı. 3000 mindən çox şəhid verdik, koronavirus infeksiyası da bir tərəfdən bizi öz cənginə alıb. Yəni, bir gözümüz güldü, bir gözüm ağladı”.

Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq müğənni Təranə Qumral söyləyib. Sənətçi xanım onu da dedi k, Novruz bayramında nə şəkərbura bükür, nə də ki paxlava bişirir:



“Nə yalan deyim ki, deyim, özüm edirəm, bu düzgün olmaz. Bizdə həmişə vaxt məhdudiyyəti olub. Ona görə də köməkçilərim hazırlayıb. Yalnız 13 yaşlı qızım Sevgi yumurtalar boyayıb. O da uşaqdır, ona maraqlıdır”.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın narkoman məşhurları - ARAŞDIRMA


Digər sənətçi xanım Mənzurə Musayeva isə Novruz adətlərindən danışaraq söylədi  ki, papaq atmaq şansı olsa idi Türkiyənin meqastarı Tarkanın qapısına papaq atardı.



“Bizimkilərdən isə Bahar Lətifqızı, Mirələm Mirələmov, Əhməd Mustafayev, Nüşabə Ələsgərlinin qapısına papaq atardım”.

Xanım sənətçi əlavə etdi iki, Könül Kərimovanın evinə də papaq atardı, amma Könül Xasıyevanın qapısına papaq atmaq istəməz: 

“Tədbirlərin birində prodüserimin əlində sadə telefon var idi. Elə bildi ki, onun şəklini çəkirik. And içib aman etdik ki, belə bir şey yoxdur. Amma bizə inanmadı. Ona görə də onun qapısına papaq atmaq istəmərəm. Küsmüşəm”

Digər sənətçi xanım, Xuraman Şuşalı isə dedi ki, bu il bayram süfrəsi açmayıb.



“Mən övladlarıma izah etdim ki, bizim 3000 min şəhidimiz var. Onların övladları bayram keçirmədikləri üçün biz də bu günü qeyd etməyəcəyik. Bayramın sonuncu günü böyük oğlum qonşuya papaq atmışdı. Onu da qonşudan icazə alıb elədik.

Bu il heç bizim qapımızı döyən olmadı. Dünyamız düzəlsin müğənnilərimizin qapısına papaq atacam. Natavan Həbibi qonşumdur, gələn il birinci onun qapısına papaq atacam”.

Əməkdart artist Lalə Məmmədov isə dedi ki, bu il elə zəmanədir ki, kiminsə qapısına papaq atasan içinə qoymağa nəyisə olmaz, həmin adam pərt olar. Ona görə heç kimin qapısına papaq atmamışam. Şirniyyatlardan isə şəkərbura bükə bilirəm o birilərin yalan deyərəm. Bacardığım budur”.



Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin