Faiq Ağayev antiterror tədbirləri HAQDA: "Gözlənilən idi" - VİDEO

Hazırda oxunan: Faiq Ağayev antiterror tədbirləri HAQDA: "Gözlənilən idi" - VİDEO

156321

“Qarabağda antiterror tədbirlərinin baş verəcəyi gözlənilən idi". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Sabahın xeyr, Azərbaycan!” verilişinə müsahibəsində deyib. 

Sənətçi, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olunmalarına belə münasibət bildirib:  

“2020-ci ildə Azərbaycan Ordusunun o parlaq qələbəsindən sonra məhz Azərbaycan barışıq yolunu və beş prinsipi (1 - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması. 2 -  Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi. 3- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək. 4 - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması. 5  - Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması – red.) təklif etdi. 

Görürsünüz ki, bu üç il ərzində Ermənistan bunlara məhəl qoymadı. Bu baxımdan antiterror tədbirləri olmalı idi. Mən Azərbaycan Ordusu, zabitləri və əsgərləri ilə fəxr edirəm. Ali Baş Komandanımız İlham Əliyev cənablarına bir Azərbaycan vətəndaşı kimi çox minnətdaram.
Milli qeyrət hissimizi yenidən partlatdı. Eşq olsun, Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!” 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin