“Yevlax ölkəmiz üçün hər zaman önəmli yer olub. Yevlax Azərbaycanın düz mərkəzində yerləşir. Mənfur düşmənlərimizin, separatçıların ürəklərində “qızıl arzu”su olub ki, Kürün sahilində yerləşən Yevlaxa sahibləsinlər. Bu gün onlar Yevlaxa gələrək, bu arzularını dəfn edəcəklər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Sabahın xeyr, Azərbaycan!” verilişinin canlı efirinə videozənglə qoşularkən deyib.
Hazırda Yevlaxda olan sənətçi sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüşü ilə bağlı bu fikirləri səsləndirib:
“Bu gün Yevlaxda separatçıların eyforiyalarına və arzularına nöqtə qoyulacaq. Ali Baş Komandanımız İlham Əliyev separatçıların, diversantların, erməni xalqına ləkə olan silahlı birləşmələrin söylədikləri sözlərin hamısının üstündən xətt çəkdi.
Bura, Yevlaxa gələndə sevincimdən qışqırmışam, ağlamışam. Baxın,I görün, xalqımız, dövlətimiz, ordumuz və Ali Baş Komandanımız nələrə qadirdir. Əlbəttə bu, gözlənilən hadisə və an idi.
Biz bunları yaşadıq. Nə xoşbəxtdik ki, biz azərbaycanlıyıq. Bir Azərbaycan vətəndaşı kimi Prezidentimiz, ordumuz, şəhidlərimizlə qürur duyuram. Şəhidlərimizin məkanı cənnət olsun, ruhları şad olsun. Ailələrinə isə səbr diləyirəm. Mən bir vətəndaş və ailə olaraq Vətənimin keşiyindəyəm. Eşq olsun Azərbaycana!”.
- A-
- A
- A+
Şoutaym
12:26 / 21.09.2023
Gülüstan Əliyeva: “Bu gün Yevlaxda separatçıların arzularına nöqtə qoyulacaq” – VİDEO
Hazırda oxunan: Gülüstan Əliyeva: “Bu gün Yevlaxda separatçıların arzularına nöqtə qoyulacaq” – VİDEO
Hazırda oxunan: Gülüstan Əliyeva: “Bu gün Yevlaxda separatçıların arzularına nöqtə qoyulacaq” – VİDEO
156294
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.