Cavanşirdən Laləyə: “O dünyada məndən üzr istəyəcəksən” - VİDEO

Hazırda oxunan: Cavanşirdən Laləyə: “O dünyada məndən üzr istəyəcəksən” - VİDEO

156255

Əməkdar artist Cavanşir Məmmədovla aparıcısı Lalə Azərtaşın arasında davam edən qalmaqal yenidən alovlanıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində Lalənin aparıcısı olduğu “Təsir dairəsi” ictima-sosial proqramda səsləndirdiyi “Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm” sözlərə sərt şəkildə cavab verib. 

Məmmədov çıxışında deyib ki, bu dünyada olmasa da o dünyada Lalə məndən üzr istəyəcək: 

“Lalə, sənin mənimlə nə qəsdi-qərəzliyin var? Deyirsən ki, xalqın gözü tərəzidir. Amma sənin gözün tərəzi deyil. Sən tərəzini düzgün görə bilmirsən. Sosial şəbəkədə xalqın nümayəndələrinin mənim məsələmlə bağlı yazdıqları şərhlərə gəldikdə isə, onların kimliyini bilmirəm ki, deyim ki, sən niyə bu sözləri yazmısan.

Elə şey etsəm, üzümə tüpürərlər. Xalqın gözü tərəzi idi, onlar da fikirlərini şərhlərdə yazdılar. Lalənin yerində olsaydım, yazılan şərhlərdən nəticə çıxarardım və deyərdim ki, bu məsələ məhkəmə tərəfindən sübuta yetirilib,  bu insan dələduzdur ( keçmiş “kürəkəni” Mustafa İbili – red.). Hansı söhbətlər olubsa, mənə halal edin.

Məlumatı belə dedilər, mən də belə çatdırdım. Amma sən elə danışmalı deyildin.  Sən gözləməli idin nəticəni. Lalə verilişində zərərçəkən mənə 10 dəqiqə, zərərvurana isə 30 dəqiqə zaman ayırırsan danışmağa. Olmaz belə şeylər etmək. Mən bura şikayətə gəlməmişəm. Sən Lalə verilişində gərək düzgün mövqe tutaydın. Mənim səndə nə işim var?
Sən məndən üzr istəyəcəksən. Bilirsən harada? O dünyada Lalə, sən məndən üzr istəyəcəksən. O dünyada sənə təhlil edəcəklər ki, neyləmisən və nə səhvlər görmüsən. Başının üstündə dayananda məndən üzr istəyəcəksən. Qəbirdə insandan hesabat alırlar...

“İnkir-minkir”. Sən istədin-istəmədin, mənə artıq maraqlı deyil. Mən sənin adını çəkmirəm, sən çıxıb haqqımda danışırsan. Xahişsiz mən bu məsələyə nöqtə qoyuram”. 

Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

“Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin