Vəkil Şəfiqə Nağıyeva və tənqidçi jurnalist, şair Anar Vəziroğlu barışıb.
Bizim.Media xəbər verir ki, "Təsir dairəsi" ictimai-sosial verilişinin yeni mövsümdən ekspertləri olan tərəflər proqramın canlı efirində küsülülüklərinə son qoyub.
Vəziroğlu studiyaya daxil olaraq, əlində gül çələngini Nağıyevaya verib. Şair "Şəfiqə xanımın gülüşünə baxın. Vuruşub-vuruşub axırda da sülh" sözlərini dilə gətirib.
Qeyd edək ki, keçən mövsüm sözügedən verilişin canlı efirində Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı. Canlı efirdə şair vəkilə hiddətlənərək, əvvəl onu təhqir edib, daha sonra isə üzərinə su atmışdı.
Rəşad Əliyev, Bizim.Media