Aylar əvvəl ziyarət üçün Mədinəyə gedən aktyor və aparıcı Sərxan Kərəmoğlunun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, Sərxanın şəhərin küçələrinin birində göyərçinləri yemləməsi quşlar üçün yem satan qadın tərəfindən qəzəblə qarşılanıb.
Niqab geyinən qadın hər vəclə Kərəmoğlunun quşlara burğa verməsinə və çəkiliş aparmasına mane olmağa çalışıb.
Qadın quşları ərazidən uçurtmağa çalışıb və Sərxanla söz davasına çıxıb.
Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Kərəmoğlu “Baxın hara gedirəm, orada bir şeytan olmalıdır. Bu əxlaqsız qadın da Mədinə şəhərində gəlib məni tapdı. Neyləyim ki, gəib məni tapırlar, sonda da cavablarını alırlar. Bu qadın mənə "Niyə buğdanı məndən almadınız" deyir” sözlərini şərh bölməsinə yazıb.
Rəşad Əliyev, Bizim.Media