Türkiyənin məşhur ulduzu Sibel Can son görünüşü ilə görənləri heyrətləndirib.
Bizim.Media xəbər verir ki, İzmir şəhərində canlı solo konsert proqramı ilə çıxış edən sənətçi xeyli çəki alması ilə diqqətləri üzərinə cəmləyib.
Sibelin artıq kilolarını gizlətmək üçün əyninə geyindiyi uzun qara libas da köməyinə çatmayıb. Əksinə müğənninin “kökəlməsi” daha da qabarıq formada üzə çıxıb.
Sosial şəbəkə əhli bu halını Sibel Cana bağışlamayıblar. İzləyicilər ulduzu artıq çəkili olmasını başına qaxınc ediblər. Onlar “Çox çəki almısan”, “Nə günə düşmüsən” kimi şərhlərlə sənətçini tənqid atəşinə tutublar.
Sibelin müdafiəsinə isə sosial şəbəkə fenomeni Selin Ciğərci qalxıb.
“Bu qadının səsi şərbətdir. İstədiyi çəkidə ola bilər. Bəlkə onun səhhətində problemləri var. Hər zaman 90.60.90 olmaz ki,…”, - deyə Selin vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media