Ukraynanın ittiham etdiyi Ani Lorak DANIŞDI: “Yetimlərə kömək edirəm”

Hazırda oxunan: Ukraynanın ittiham etdiyi Ani Lorak DANIŞDI: “Yetimlərə kömək edirəm”

154747

Başı qalmaqallardan açılmayan, Ukraynada “xain” deyə çağırılan rusiyalı müğənni Ani Lorak “Instagram” sosial şəbəkə platformasında ona nifrət edənlərin ittihamlarına cavab verib. 

Bizim.Media xəbər verir ki, həm Rusiyada, həm də Ukraynada tənqid olunan sənətçini  Ukrayna sakinləri onun bütün mükafatlarından məhrum edilməsini tələb edirlər. 

Ruslar isə onun Ukrayna ordusunu maliyyələşdirdiyini deyirlər.

Lorak ətrafında gəzib-dolaşan xoşagəlməz söz-söhbətlərə son qoymaq üçün geniş açıqlama verib. 

Məşhur estrada ulduzu yalnız çətinliyə düşən insanlara kömək etdiyini dilə gətirib: 

“Hələ 2008-ci ildə Rusiyada sadə insanlar tərəfindən böyük sevgi qazandım. Ürəyimin çağırışı ilə kimsəsizlərə, özüm də internat məktəbində oxuduğum üçün ailələrə, Ukraynadan olan qaçqınlara kömək edirəm”. 

Ani qeyd edib ki, orduya kömək etmək onun prinsiplərinə ziddir: 

“Mən heç vaxt heç kimə yardım etməmişəm və hərbi yardım göstərmək niyyətində deyiləm, çünki bu, inandığım hər şeyə ziddir. Mən müğənniyəm, siyasətçi deyiləm. Və səmimi qəlbdən inanıram ki, bizi sülhdə yalnız sevgi və musiqi birləşdirə bilər”. 

Müğənni mediaya müraciət edərək, adının “manipulyasiyasını dayandırmaq” və “doğru faktlara əsaslanan vicdanlı jurnalistika ilə məşğul olmaq” xahişi ilə müraciət edib. 

Qeyd edək ki, Ani Lorak musiqi karyerasına “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil olunduğu Ukraynada başlayıb, lakin sonradan musiqi fəaliyyətini Rusiyada davam etdirib. 2014-cü ildən sonra Krım Rusiyanın tərkibinə daxil olduqdan sonra “ona deyilənləri edən” müğənniyə çevrilməmək üçün Ukraynanı tərk etmək məcburiyyətində qalıb. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin