Yenicə Bodrumdan tətildən qayıdan müğənni Zamiq Hüseynov İtaliyaya istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.
Milanda istirahətin dadını çıxaran Hüseynov şəhərdə fəaliyyət göstərən futbol stadionlarının birinə üz tutub. Daha sonra isə Zamiq Milanın mərkəzi küçələrindən birində yerləşən kafedə əyləşərək, kofe içib.
Həmin anları isə populyar estrada ulduzu lentə alaraq izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media