Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən müğənni Səmra Rəhimlinin son paylaşımı qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, dəniz məkanlarının birində istirahət edən sənətçinin orada ev iti ilə əylənməsi və heyvanın onun dodağını yalaması sosial şəbəkə əhlini qəzəbləndirib.
İzləyicilərdən birinin Rəhimliyə ünvanladığı “İtdə bilirsən, nə qədər mikrob var?” sualına müğənninin cavab reaksiyası sərt olub.
“İtlərin tüpürcəkləri antibakterialdır. Bunu həkimlər də təsdiqləyir. Hətta əvvəllər müharibələr olanda insanların yaralarını itlər yalayıb sağaldırdılar. Və bu it ev itidir. Ən çox mikrob insanlardadır. Gündə öpüşüb görüşdüyünüz insanlardan iyrənin o zaman”, - deyə Səmra bildirib.
Daha sonra Rəhimli sözügedən məsələ ilə bağlı daha bir fikrini əlavə edib:
“Hələ biri yazıb ki, qızları öpməyəcəm. Sizin öpdüyünüz qızlardan küçə iti belə təmizdir, nəin ki, ev iti. Ona görə elə öpməsəniz yaxşıdır”.
Rəşad Əliyev, Bizim.Media